Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

Dövlət səviyyəsində kartof güvəsinə qarşı mübarizəyə başlanıb


kartof böcəyi

kartof böcəyi

Azərbaycanda dövlət xətti ilə kartof istehsalına ziyan vuran kartof güvəsinə qarşı mübarizə tədbirlərinə başlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Tovuzda keçirilən III regional müşavirədə bu zərərvericilərin kartofun məhsuldarlığına və keyfiyyətinə ziyan vurduğu bildirilib. Müşavirə kartof güvəsinin yayılmasının qarşısını almaq və yayılma ocaqlarının məhv edilməsi ilə bağlı olub.

Nazirlik bildirir ki, artıq 10 mindən çox kartof sahəsində kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

İndiyə qədər fermerlər bu zərərvericilərlə özləri mübarizə aparırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG