Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Misirdə terrorçu qrupun rəhbəri öldürülüb


Misirin Sinay yarımadasında Əl-Qaidəyə bağlı terrorçu qrupun rəhbəri 3 silahdaşı ilə birgə qətlə yetirilib.

«Ansar Beit al-Maqdis» adlı qruplaşmanın başçısı Shadi el-Manaei naməlum şəxslərin onların maşınını gülləboran etməsi nəticəsində öldürülüb.

Xəbəri Misirin təhlükəsizlik qüvvələri yayıb.

İstintaq zamanı bəlli olub ki, terrorçuları məhv edənlər yerli qəbilə üzvləri olub. Onlar bununla terrorçuların polislə əməkdaşlıqda günahlandıraraq qətlə yetirdikləri qohumlarının qisasını alıblar. Terrorçu qrupun rəhbərinin ölümü həmin qruplaşma üçün ağır zərbə olub.

Bu, gələn həftə ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində Misirin hakim hərbi rejimini gücləndirəcək xəbər sayılır.
XS
SM
MD
LG