Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:26

E. Məmmədyarov: Siz mənim çiyinlərimə hüququ iş qoymaq istəyirsiniz


ETNİK AZƏRBAYCANLILAR

Deputatlardan biri İranda çox sayda etnik azərbaycanlıların olduğunu deyib və nazirdən soruşub ki, Azərbaycan İranla əlaqələrinin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atır?

Elmar Məmmədyarov:

«Çox vacib sualdır. Biz İranla qonşuyuq. Çox düz dediniz ki, İranda çox böyük sayda azərbaycanlı yaşayır. Onların sayı bizdə yaşayan əhalidən 3 dəfə çoxdur. Prezidentin İrana səfəri zamanı iki ölkə arasında əməkdaşlıqla bağlı müəyyən danışıqlar aparılıb».

HÜQUQİ YÜK

Almaniyalı deputatın sualı Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə Ukrayna hadisələri ilə bağlı hansı addımlar atacağına dair olub. Bundan başqa deputat nazirdən həbsdəki bloqqerlərlə, İlqar Məmmədovun işi ilə bağlı hansı fikirdə olduğunu soruşub.

Elmar Məmmədyarov bu kimi suallarla onun çiyninə hüquqi yük qoyulduğunu deyib:

«Xarici işlər naziri olaraq siz mənim çiyinlərimə hüququ bir iş qoymaq istəyirsiniz. Amma bu hüquqi məsələdir, buna müdaxilə edə bilmərik. Biz bunu izləyəcəyik».

QARANLIQ OTAQDA QARA PİŞİK TUTMAQ


Daha sonra nazirə Dağlıq Qarabağ münaqişəsinin arxasında kimin dayandığı barədə sual verilib:

Elmar Məmmədyarovun cavabı belə olub:

«Bu o qədər də önəmli deyil. Bilirsiniz, bu, qaranlıq otaqda qara pişiyi tutmağa bənzəyir, amma onu deyim Ermənistan hakimiyyəti bilməlidir ki Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG