Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

Ukraynanın şərqində azı 14 hərbçi həlak olub


-

Ötən gecə Donetskdə separatçıların hücumu nəticəsində 13 Ukrayna əsgəri həlak olub.

Bu haqda Ukrayna prezidenti vəzifəsini müvəqqəti icra edən Aleksandr Turchynov məlumat verib.

Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə daha 1 Ukrayna hərbçisi Luqanskda həlak olub. Bu, ordunun 6 həftə əvvəl separatçılara qarşı başladığı hücum əməliyyatında ən çox itki verdiyi gündür.

İki gün sonra, mayın 25-də Ukraynada prezident seçkiləri keçiriləcək.

Baş nazir Arseni Yatsenyuk Rusiyanı səsvermə öncəsi münaqişəni daha da qızışdırmağa çalışmaqda ittiham edib. O, BMT-nin Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG