Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21
-

«Biz bir-birimizi başa düşməliyik, nəinki bir-birimizdən kənar durmalıyıq. Azərbaycan üçün əsas əlamətlərdən biri 3 böyük dinin Azərbaycanda bir arada yaşamasıdır, bu, Azərbaycan üçün çox önəmlidir. Bu dinlərin Azərbaycan kimi kiçik ölkədə bir arada olması böyük uğurdur».

Bunu mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxış edən XİN Elmar Məmmədyarov deyib. Daha sonra nazir Azərbaycanın iqtisadi inkişafından danışıb.

«Cənubi Qafqazda ÜDM 70 faizi Azərbaycanın payına düşür. Bizim çox iddialı planlarımız var. O cümlədən 2020-ci il inkişaf planı var. Onu da deyim ki, iqtisadi inkişaf neftdən, enerji resurslarının idarə edilməsindən asılıdır».

Elmar Məmmədyarov daha sonra Qarabağ münaqişəsindən danışıb:

«Bu münaqişə bizi heç yerə aparmır. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. 20 il əvvəl qəbul edilən bu qətnamələr problemin həlli ilə bağlı dəqiq mövqedə olub. Amma bunların heç birinə əməl olunmayıb. Bu münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Mən çəkinmədən deyirəm, bizə qarşı ikili standartlar var. Hesab edirəm ki, bu münaqişə həll olunacaq və biz qonşumuzla dil tapa biləcəyik. İndiyə qədər dünyada baş verən münaqişələr göstərib ki, münaqişələr sonda barışla nəticələnir».

SİYASİ MƏHBUSLAR NƏ VAXT AZAD OLUNACAQ?
İlqar Məmmədov

İlqar Məmmədov

Hazırda xarici işlər naziri Elmar Məmmədyarova suallar verilir. İrlandiyalı deputat, Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifi hazırlamış Michael McNamara soruşub:

«Cənab nazir, Amnesty İnternational təşkilatının siyahısında qeyd edilir ki, Azərbaycanda 18 vicdan məhbusu var. Onlardan biri də İlqar Məmmədovdur. Amnesty İnternational-ın siyahısında olan 18 vicdan məhbusu nə vaxt azad olunacaq?».

Elmar Məmmədov 18 vicdan məhbusu ilə bağlı məsələyə geniş cavab verməyib. O, yalnız İlqar Məmmədovla bağlı məsələyə toxunub:

«Hesab edirəm ki, İlqar Məmmədovla bağlı məsələlər hüquq müstəvisində həllini tapacaq. Mən indi bu barədə nə isə desəm bu, məhkəmənin işinə qarışmaq olar».

BU MÜNAQİŞƏ HEÇ DƏ DONDURULMUŞ MÜNAQİŞƏ DEYİL

Nazir daha sonra digər bir avropalı deputatın Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı sualına cavab verib.

Elmar Məmmədyarov deyib ki, «Madrid prinsipinə əməl olunmalıdır. Çünki Ermənistanın işğal etdiyi Qarabağ ətrafı 7 rayon heç vaxt Dağlıq Qarabağa daxil olmayıb. Bu münaqişə heç də dondurulmuş münaqişə deyil və atəşkəs pozulmaqda davam edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG