Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

Oqtay Əsədov: «Mən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini anlamağa çağırıram»


Oqtay Əsədov

Oqtay Əsədov

-

AŞPA prezidenti Anne Brasseur Azərbaycanın xarici işlər nazirinə söz verdi, amma məlum oldu ki, gündəliyə görə, birinci parlamentin spikeri Oqtay Əsədov çıxış etməlidir, buna görə üzr istədi. İclas üçün yaradılan şəraitə və dünən axşamkı şam yeməyinə görə təşəkkür etdi.

«Mən üzr istəyirəm ki, belə oldu, çox üzr istəyirəm».

Sonra Oqtay Əsədova söz verildi.

Oqtay Əsədov zarafatla bu səhv salmanın heç də təsadüfən olmadığını dedi:

«Azərbaycan AŞPA-nın Nazirlər Komitəsinə yeni sədr olub, siz çıxışınıza dərhal tənqidlərlə başladınız».

Oqtay Əsədov bildirdi ki, Azərbaycan 14 ildir Avropa Şurasının üzvüdür və bu əməkdaşlıqda həmişə maraqlıdır.

Daha sonra spiker Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə toxunub.

«Ermənistan Azərbaycan torpaqlarını 1992-ci ildən işğal edib. Amma bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq edilməyib. Mən yenə də sizi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bu prinsipial mövqeyini anlamağa çağırıram».

Daha sonra Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG