Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:03

AŞPA prezidenti İlham Əliyevlə İlqar Məmmədovun məsələsini müzakirə edib


Anne Brasseur
Anne Brasseur
-

Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir.

İclası AŞPA prezidenti Anne Brasseur açaraq, Azərbaycanı AŞPA Nazirlər Komitəsinin sədr seçilməsi münasibəti ilə təbrik edib. Daha sonra Ukraynadakı vəziyyətə toxunub, deyib ki, ərazi bütövlüyü bizim üçün prioritetdir:

«Bu, təkcə Ukrayna məsələsində deyil, Azərbaycanın ərazi bütövlüyü də bura aiddir. Biz bütün üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik. Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olanda öz üzərilərinə öhdəlik götürüblər. Və buna əmin etməlidirlər. Sizi əmin edirəm ki, biz sizə dəstək verəcəyik və siz bizə əmin ola bilərsiniz. Biz insan hüquqları və qanunun aliliyi çərçivəsində öz fəaliyyətimizi davam etdiririk. İslahatları gücləndirmək lazımdır. Cənab spiker, cənab nazir (red: XİN Elmar Məmmədyarov) xüsusən də ifadə azadlığı, sərbəst toplaşma, korrupsiyaya qarşı mübarizədə fəaliyyətinizi daha da gücləndirin. Biz hesabatlara baxanda görürük ki, vəziyyət pisləşməkdədir. Məlumat alırıq ki, bloqqerlər həbs edilir, onlara təzyiqlər olunur. Biz hesab edir ki, üzv dövlətlərdə bu hallar olmamalıdır. Dünən mən prezident İlham Əliyevlə görüşdüm, dedim İlqar Məmmədov və daha bir neçə nəfəri görmək istəyirəm. Dedi, siz onları yaxın günlərdə görə bilərsiniz. Mən də ümid edirəm ki, belə bir görüş olacaq. Problemlərə məhəl qoyulmayanda onlar həll olunmur. Bunu təkidlə deyirəm ki, biz problemləri birgə həll etməliyik».

O sonda qeyd edib ki, iclasda iştirak etməli olan bir nümayəndənin vizasının ləğv olunması onları ciddi narahat edir: «Ötən gün büro qərar qəbul edib ki, iki il ərzində Azərbaycanda büro iclası keçirilməsin. Biz öz qaydalarımıza ciddi əməl edirik. Buna çox təəssüf edirəm, amma bu belə olmalı idi».
XS
SM
MD
LG