Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:24
-

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi deputatları «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna əlavə və dəyişikliklər layihəsinə səs verməməyə çağırıb. Mayın 22-də birliyin sədri Əlövsət Əliyev Milli Məclisə bu səpkidə müraciət ünvanlayıb.

Müraciətdə layihənin Azərbaycanın mövcud qanunvericiliyinə zidd olduğu, insanların hakimiyyətdən asılılığına hesablandığı bildirilir:

«Bu qanunun qəbulu mövcud qanunvericiliyə zidd olmaqla yanaşı, bir milyona yaxın insanın vəziyyətini ağırlaşdıracaq. Bu həm də Azərbaycanda ailələrin dağılmasına, sənədsizlərin və həmçinin vətəndaşlığı olmayan şəxslərin sayının artmasına gətirib çıxaracaq. Bundan başqa dəyişiklik vətəndaşlıqdan məhrum etmək hədəsi ilə insanları siyasi hakimiyyətdən asılılığını artırmağa, Azərbaycanı tədricən qapalı ölkəyə çevrilməsinə xidmət edir».

Müraciətdə vurğulanır ki, təkcə qanun layihəsinin «vətəndaşlığı təsdiq edən sənədlər siyahısından doğum haqqında şəhadətnamənin çıxarılması» bəndinə görə, 3 yüz min ailə zərər görəcək:

«Bu bənd ləğv edilərsə, şəxsiyyət vəsiqəsi verən polis və ASAN xidmət əməkdaşları xaricdə doğulan və ya valideynlərindən biri əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyəti haqqında Dövlət Miqrasiya Xidmətindən arayış tələb edəcəklər. Bu da öz növbəsində məmur özbaşınalığına gətirib çıxaracaq».

Müraciətdə bildirilir ki, törətdiyi cinayət əməlinə görə şəxsin vətəndaşlıqdan məhrum edilməsi də müasir təfəkkürə ziddir və bu SSRİ qanunlarının bərpasına rəvac verə bilər:

«Təhlükəsizliyə ciddi zərər vuran davranış» qeyri-müəyyən bir anlayışdır. Siyasi hakimiyyət istədiyi zaman bu normanı tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmamağı üçün istənilən şəxsi bu əsasla vətəndaşlıqdan məhrum edəcək».

Milli Məclisin mayın 30-da keçiriləcək iclasında bir neçə qanuna əlavə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bunlardan biri də «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanundur.

Günün bütün mövzuları

XS
SM
MD
LG