Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Hökməli kənd sakinləri Bakı-Şamaxı yolunu bağlayıblar


Hökməli sakinləri yolu bağlayırlar. 22 may 2014

Hökməli sakinləri yolu bağlayırlar. 22 may 2014

Mayın 22-də axşam saatlarında 100 nəfərə yaxın Hökməli kənd sakini Bakı-Şamaxı yolunu bağlayaraq etiraz aksiyası keçirib.

Hadisə yerində olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, adamlar mayın 18-də həbs olunan kənd sakini Rasim Cəbrayılovun təcridxanada səhhətindən pisləşmıəsindən narahatdırlar.

Saxlanan Rasim Cəbrayılovun oğlu Kənan Cəbrayilovun Azadlıqradiosuna dediyinə görə, 4 gün əvvəl atasını Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə dəvət ediblər və daha sonra onun saxlandığını bildirblər.

“Atamı niyə tutublar polis bizə heç bir söz demir. Bir müddət əvvəl evdə infarkt keçirmişdi. Dünən də polis təcridxanasında infark keçirib və bədənin bir tərəfi iflic olub. Aparıblar Daxili İşlər Nazirliyinin hospitalına. Nə onun səhhəti ilə bağlı bizə məlumat verilər, nə də imkan verirlər ki, özümüz onu müalicə etdirək. Hazırda atamın reanimasiya şöbəsində olduğunu deyirlər. Bildirirlər ki, vəziyyəti çox ağırdır. Amma heç birimizi yanına buraxmırlar”.

Kənan Cəbrayılovun dediyinə görə, kənd qadınları da Bakıda, hospitalın qarşısındakı yolu bağlamağa cəhd ediblər.

“Atam kənddə hörmət olunan bir adamdı. Xırda ticarətlə məşğul olur. Onun həbs olunması və infark keçirməsi kənd sakinlərində narazılıq yaradıb”.
Hələki daxili işlər nazirliyindən məsələyə hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Bir qədər sonra polis aksiyaçıları yoldan kənarlaşdırıb.

Hadisə zamanı çəkilmiş fotolar:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG