Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, hüquq müdafiəçisi Əvəz Həsənov mayın 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib.

Əvəz Həsənov AzadlıqRadiosuna prokurorluqda ona Rauf Mirqədirovla bağlı sualların verildiyini bildirib. O, protokola imza ataraq istintaq sirrini yaymamaq öhdəliyi götürdüyündən əlavə məlumat verə bilməyəcəyini dedi. Bununla yanaşı prokurorluqda onunla nəzakətlə davranıldığını və dindirmənin çox uzun çəkmədiyini də vurğulayıb.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda həbs olunub.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. R.Mirqədirov ittihamları əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG