Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:25
.

Azərbaycan Dövlət Musiqili Teatrının ədəbi dram hissə rəhbəri, jurnalist, şair, publisist Telli Pənahqızının 60 yaşı tamam olur.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, bu münasibətlə Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev Telli Pənah qızı Əliyevanı milli mədəniyyətimiz sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə təbrik edərək mükafatlandırıb.

Telli Pənah qızı Əliyeva 1954-cü il mayın 24-də Ermənistanda Vedibasar mahalının Böyük Vedi kəndində doğulub.

1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb.

"Günün ekranı" Xəbərlər redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini çalışıb.

Xəbərdə deyilir ki, Telli xanım bir-birindən maraqlı müəllif verilişləri, süjetləri və reportajları ilə milli mədəniyyətimizin təbliği istiqamətində əvəzsiz xidmətlər göstərib.
Telli Pənahqızı son 20 ildə dünyanın bir çox ölkələrində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində ölkəni layiqincə təmsil edib.

Müxtəlif illərdə “Ömrün qoşa izləri”, “Tanrımla söhbət”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Səsində ay işığı var”, “Uzun incə bir yol varmış” əsərləri nəşr edilib.
Telli Pənahqızı 2006-cı ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Xəbərdə vurğulanır ki, mayın 30-da yubiley münasibətilə Gənc Tamaşaçılar Teatrında Telli Pənahqızının yaradıcılıq gecəsi keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG