Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

«İstefa» səsləndirilən liseydə monitorinqin nəticələri ləğv edildi [Video]


«İstefa» səsləndirilən liseydə monitorinqin nəticələri ləğv edildi
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

«İstefa» səsləndirilən liseydə monitorinqin nəticələri ləğv edildi

-

Bakıdakı Texniki Humanitar Liseydə etirazlara səbəb olan şagirdlərin bilik səviyyəsini öyrənən monitorinqin nəticələri mayın 22-də ləğv olunub. Təhsil Nazirliyininsə 3 gün əvvəl liseydə başladığı araşdırmalar hələ də davam edir.

«OBYEKTİV ARAŞDIRMA OLMASA UŞAQLARIMIZI MƏKTƏBDƏN ÇIXARACAĞIQ»

Mayın 22-də Bakı şəhəri üzrə Təhsil idarəsinin rəis müavini Məmmədəli Kəsəmənli ayrı-ayrılıqda valideynlər, müəllimlər və direktorla görüşüb. Valideynlər rəis müavinindən məktəbdə baş verənləri obyektiv araşdırılmağı xahiş ediblər.

Valideynlər Təhsil İdarəsinin nümayəndəsinə deyiblər ki, obyektiv araşdırma aparılmasa övladlarını məktəbdən çıxaracaqlar.

MƏKTƏB DİREKTORU: AKSİYANI BƏZİ MÜƏLLİMLƏR

Məktəb direktoru Simuzər Əliyeva AzadlıqRadiosuna deyib ki, monitorinq xeyli şagirdin bilik səviyyəsinin qənaətbəxş olmadığını üzə çıxarıb. Direktorun sözlərinə görə, bundan sonra bəzi müəllimlər şayiə yayıblar ki...:

Simuzər Əliyeva
Simuzər Əliyeva
«Qiyməti aşağı olan şagirdlər liseydən çıxarılacaq və lisey bağlanacaq. Mən kiməm ki, liseyi bağlayım. Biz deyirik ki, liseydə lisey səviyyəsində olan uşaqlar oxusun. Bu məktəb 400 şagird üçün nəzərdə tutulub, amma 1300 şagird oxuyur. Liseyin iki növbədə 6 gün işləməsi qeyri-mümkündür. Bilmirəm 400 nəfərin yerinə 1300 nəfər necə yerləşdirilib. Üç aydır bura direktor təyin olunmuşam. Test məsələsinə gəlincə, bütün məktəblərdə ilin ortasında və sonunda şagirdlərin biliyini yoxlamaq üçün sınaq testi keçirilir. Bu məktəbdə də indiyə qədər belə bilik yoxlamaları olmayıb. Biz keçirdik, bir neçə sinifdə nəticələr zəif oldu. Əvvəl testlərdən narazılıq oldu, sonra dedilər, direktor çox ciddi davranır. Biz məktəb daxilində ciddi olmayıb bəs necə olmalıyıq ki... Mən gələndə davamiyyət yox dərəcəsindəydi, indi vəziyyət düzəlib».

Mayın 19-da məktəbin dəhlizində «istefa» tələbi ilə keçirilən aksiyaya gəlincə, direktor aksiyanı monitorinqin nəticələrindən narazı qalan müəllimlərin təşkil etdiyini iddia edir.

LİSEYİN MÜƏLLİMİ: ŞAGİRDLƏR QOVULSA, BİZ İŞİMİZİ İTİRƏCƏYİK

Liseyin ingilis dili müəllimi Axirə Salmanova isə bildirib ki, şagirdlərin məktəbdən kütləvi şəkildə çıxarılması müəllimlərin işini itirməsi deməkdir:

Texniki Humanitar Lisey
Texniki Humanitar Lisey
«Biz direktorun istefası ilə bağlı səslənən fikirləri doğru saymırıq. Amma sınaq testinin nəticələri bizi qane etmir. Ona görə ki, yoxlamaların düzgün aparılmaması nəticəsində şagirdlərimizin əksəriyyəti aşağı qiymət alıb. Bu halda şagirdlərimiz kütləvi şəkildə məktəbdən çıxarılmalıdır. O halda biz müəllimlər də öz işimizi itirəcəyik. Qalan hər şey bizi qane edir. Məktəbdə rüşvət yığışdırılıb, ciddilik yaranıb. Mən bilmirəm testi kim keçirib, amma yaxşı oxuyan şagirdlərimizdən uğursuz qiymət alanlar var. Biz istəyirik ki, liseyimiz olduğu kimi qalsın. Əgər şagirdlərimiz zəif qiymət alıbsa onların biliyini qaldırmaq imkanımız var. Özümüz bacardığımız halda niyə başqa yollardan istifadə etməliyik».

Məktəb direktorunun dediyinə görə, 5-10-cu sinif şagirdlərinin bilik səviyyəsini yoxlayan imtahan suallarını il ərzində tədris olunan proqram əsasında tərtib ediblər. Nəticələr isə Qafqaz Universitetində kompüterlə yoxlanıb.

Mayın 19-da Bakıdakı Humanitar Texniki liseydə şagirdlər məktəbin dəhlizində etiraz aksiyası keçiriblər. Şagirdlər məktəb direktorunun istefasını tələb ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG