Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14
-

«Zamanla üz-üzə» layihəsi çərçivəsində görkəmli rus bəstəkarı İqor Stravinskinin «Əsgərin tarixçəsi» musiqili nağılı nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, mayın 24-də saat 19:00-da Dövlət Kamera və Orqan Musiqisi Zalında «Zamanla üz-üzə» III Beynəlxalq Musiqi Layihəsi çərçivəsində görkəmli rus bəstəkarı İqor Stravinskinin «Əsgərin tarixçəsi» qiraət və instrumental ansambl üçün musiqili nağılı nümayiş olunacaq.

Tamaşada Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər ansamblı, dirijor Xalq Artisti Rauf Abdullayev, qiraətçi Xalq Artisti Məbud Məhərrəmov, violin ifaçısı Roman Mints (Rusiya) çıxış edəcəklər.

Tamaşaya giriş sərbəstdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG