Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:47

Tailandda hərbi çevriliş olub


Tailandda hərbi çevriliş olub. Ordu komandanı elan edib ki, hərbçilər hakimiyyəti ələ alıb. Mayın 22-də general Prayuth Chan-ocha milli televiziya ilə çıxışında elan edib ki, ordu qayda-qanunu, nizam-intizamı bərpa etmək və islahat keçirmək üçün
hakimiyyəti ələ alıb.

General deyib ki, nümayişçilər hərbi qanunla yaradılan komissiyalara aparılacaq.
Tailandda hərbi vəziyyət mayın 20-də elan olunub.

Prayuthun hərbi çevriliş etməsindən bir gün qabaq o, hökumət və müxalifət liderlərinin görüşündə iştirak edirdi. Həmin görüş iştirakçıları aylardır ki, davam edən nümayişlərə son qoymaqda ümumi bir qərara gələ bilməmişdi.
XS
SM
MD
LG