Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11
Rusiya Britaniyadan rəsmi izahat tələb edir. Media məlumatlarına görə, Britaniya şahzadəsi Charles Rusiya prezidenti Putinin Ukraynadakı hərəkətlərinə
görə Putini Adolf Hitlerə bənzədib.

Britaniya mediasının yazdığına görə şahzadə Charlesın mayın 19-da Kanadada olarkən nasistlərin əlindən 13 yaşında qaça bilmiş qadınla söhbətdə dediklərini bir neçə şahid eşidib.

Onların bildirdiyinə görə, Charles deyib: “Putin demək olar ki, Hitler etdiyini edir”.
Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Lukashevich deyib ki, əgər Britaniya mediasının yazdığı düzdürsə, onda Charlesın dedikləri qəbul olunmazdır.

Britaniya mətbuatı Charlesdən şərh almaq istəyəndə onun ofisi bildirmişdi ki, özəl söhbətdə deyilənlərə şərh vermirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG