Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

Yatsenyuk BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyir


Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılmalıdır və Ukraynanın şərqində döyüşlərlə bağlı vəziyyəti müzakirə etməlidir.

Yatsenyuk jurnalistlərə deyib ki, Rusiya vəziyyəti gərginləşdirir və 25 may prezident seçkilərini pozmaq istəyir.

Ukraynanın Müdafiə naziirliyi isə bildirir ki, ölkənin şərqdindəki döyüşlərdə 9 Ukrayna əsgəri ölüb.

Nazirliyin sözçüsünün məlumatına görə, separtaşçılar Donetskin cənubunda Volnovakha keçid məntəqəsinə hücum ediblər və 8 əsgər həlak olub.

Associated Press agentliyi isə xəbər verir ki, Blohodatne keçid məntəqəsinə hücumda 11 ukraynalı həlak olub, 30 nəfər yaralanıb.

Bir Ukrayna əsgəri isə Luhansk regionunda döyüşdə ölüb.

Monteneqroda olan NATO-nun Baş katibi Anders Rasmussen isə deyib ki, sərhəddə Rusiya qoşunlarının hərəkəti onların geri çəkilməyə hazırlaşmasını ehtimal etməyə imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG