Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:24

Azad İsazadə istintaqa ifadə verib


-
Qadın Krizis Mərkəzinin keçmiş əməkdaşı Azad İsazadə mayın 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib. Onun AzadlıqRadiosuna dediyinə görə, dindirilmə 2 saata yaxın çəkib:

“Rauf Mirqədirovun işi ilə bağlı dindirildim. Əsasən sorğu-sual etdilər ki, Raufu haradan və necə tanıyıram. Mən də cavab verdim. Məndən istintaq sirrini yaymamaqla bağlı iltizam alınıb deyə, geniş məlumat verə bilmirəm. Vəkillə məsləhətləşdikdən sonra bir az geniş açıqlama verə bilərəm”.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda həbs olunub. Dövlətə xəyanətdə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Rauf Mirqədirov ittihamları əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG