Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Ermənistan nə vaxt tam müstəqil olacaq? - Mətbuat icmalı


Ermənistan və Rusiya prezidentləri
Ermənistan və Rusiya prezidentləri
Mayın 25-də Ukraynada prezident seçkisidir, Poroshenko yəqin ki, seçkini udacaq. Mayın 22-25-i Avropa parlamentinə seçkilərdir, yenə miqrantlar məsələsi qalxıb. Çinin enerji aclığı – Qərb mətbuatının icmalı

PUTİN TƏCİLİ NƏ ETMƏLİDİR?

Financial Times qəzeti yazır ki, Putin təcili olaraq diqqətini qonşularla siasətdən Rusiya iqtisadiyyatının ehtiyaclarına yönəltməsə, Rusiya iqtisadiyyatının geriləməsi təmayülə çevriləcək.

Rusiyaya gələcək investisiyalar siyasi riskdən və gəlirin səviyyəsindən asılıdır. Putinin hərəkətləri Rusiyanın təcrid olunmasına gətirir və siyasi riski artırır.
Qəzet xəbərdarlıq edir ki, Qərb hərbi müdaxilə etməyəcək, İransayağı blokada qoymayacaq.

Ancaq bu o demək deyil ki, Qərb qıraqda duracaq.

Qərbin sanskiyalarının nəticəsi ola bilsin ki, dərhal görünməsin, ancaq Rusiya şirkətləri investisiya cəlb edə bilməyəcək, onların dünya maliyyə sisteminə çıxışları məhdudlaşacaq və vaxt keçəndən sonra Rusiya iqtisadiyyatı pis vəziyyətdə qala bilər.

ERMƏNİSTAN NƏ VAXT MÜSTƏQİL OLA BİLƏR?

World Politics Review məcmuəsi yazır ki, Rusiyanın buxovları Ermənistanın müstəqilliyini laxladır. Ermənistan enerji, təhlükəsizlik və ticarətdə Rusiyadan tam asılıdır. Belə asılıq Ermənistan rəhbərliyinə Rusiya deyəni etməkdən başqa yol qoymur.

Ermənistan Rusiyanın buxovundan yerli liderlərin istəyi və ya müxalifətin hakimiyyətə gəlməyi ilə çıxa bilməz. Ancaq Ermənistanın belə azad olmağı yaxın gələcəkdə baş verə də bilər.

Ermənistanın tam azad olmağı, suverenliyi Dağlıq Qarabağ probleminin həllinə söykənir. Bu problemin həll olunmaması Ermənistanın müstəqilliyinin boğazından asılmış daşdır.

AVROPA MİQRANTLARI


Avropa miqrantlardan doğrudanmı qorxur?

Bu həftə Avropa Parlamentinə seçkidir. Sağ partiyalar hər seçkidə olduğu kimi xeyli səs yığırlar. Təhlilçilər razılaşır ki, sağ partiyaların yığdıqları səslərin əksəriyyəti miqrantlar əleyhinə əhvalın sayəsindədir. Sağ partiyaların populist çıxışlarının mərkəzində miqrantların tənqidi durur.

Bunu yazan Project Syndicate məcmuəsi vurğulayır ki, Avropada miqrantların olması guya ekstremizmə dəstək verir – nəticəsini çıxartmaq səhvdir və təhlükəlidir. Əksinə, hansı ölkədə ki, miqrantlara şərait yaradılır, o ölkələrdə miqrantların vəziyyəti də, onlara münasibət də yaxşıdır. Almaniya, İsveç, Portuqaliya və İspaniya belə ölkələrdəndir. Almaniyada Marshal Fondunun sorğusuna görə, rəyi soruşulnların 62 faizi deyib ki, miqrantlar ölkə üçün daha çox imkandır, nəinki problem. İsveçdə belə düşünənlər 68 faizdir.

Portuqaliyada soruşulub ki, “miqrantlar cəmiyyətə yaxşı inteqrasiya oluna biliblərmi?” Rəyi soruşulnların 79 faiz “hə” cavabını verib. Eyni suala İspaniyada 63 faiz “hə” deyib.
“Miqrantların gəlib, sizin iş yerlərinizi əlinizdən alacağından qorxursunuzmu?” – sualına almanların 80 faizi, isveçlilərin 77 faizi “yox” deyib.

Populizmin başqa səbəbi cəmiyyətdəki səhv fikirlərin dərin kök salmasındadır. Britaniyalılar əmindirlər ki. ölkə əhalisinin orta hesabla 31 faizi Britaniyadan kənarda doğulanlardır. Halbuki bu göstərici cəmi 13 faizdir.

Britaniyada reallıqla təəsürat arasında fərq 18 faizdir.
İsveçdə isə belə fərq 3 faizdir.

Sorğulara görə, avropalıların 69 faizi miqrantları Avropa mədəniyyətinə təhlükə hesab etmir.

Project Syndicate sonda yazır ki, Avropaya problem miqrantlar deyil, miqrantlarla iş üzrə effektiv siyasətin yoxluğudur.

POPULİZM

Financial Times yazır ki, mayın 22-dən 25-nə kimi Avropa Parlamentinə seçkidir. Bu seçki Avropa Birliyinin sədri Van Rompuyun 4 il əvvəl dediyi bir fikri yenə yada salır. O vaxt alman jurnalist soruşmuşdu ki, Avropaya ən böyük təhlükə nədir? Van Rompuy demişdi ki, “populizm”.


POROSHENKO TİMOSHENKONU 30 FAİZ QABAQLAYIR


Financial times yazır ki, mayın 25-də Ukraynadakı prezident seçkiləri ilə bağlı sorğularda şokolad kralı Petro Poroshenko ikinci yerdə gedən Yulia Timoshenkonu 30 faiz qabaqlayır.

Qəzetin müxbiri Kiyevdə maraqlıanb ki, insanlar niyə Poroshenkoya belə üstünlük verir? 21 yaşlı Natasha adlı qız deyir:”Biz ümid edirik ki, Poroshenko dediklərini edə biləcək. Ən böyük ümidlər Poroshenko ilə bağlıdır. Timoshenko, udsa, inanmıram ki, nəsə dəyişə”.

Ukraynanın Roshen şirniyyat şirkətinin sahibi olan 48 yaşlı Poroshenkonun Forbes jurnalına görə, sərvəti 1 milyard 300 milyon dollardır.
Noybar ayında Kiyevdə insanlar Maydana çıxanda bu etirazlarda aparıcı rol oynayan yeganə oliqarx Poroshenko idi.

O, Maydanda müxalifət lideri Klichko ilə tez-tez yanaşı dayanırdı. Financial times yazır ki, Kremlə yaxın olanların fikrincə, Rusiya-Ukrayna problemlərini yoluna qoymaqda Kreml Poroshenkonu tərəfdaş kimi qəbul edə bilər. Məhz buna görə son vaxtlar Kremlin tonu yumşalıb. Poroshenko deyir ki, o, Putini yaxşı tanıyır.

Poroshenko səlahiyyətlərin bir qisminin regionlara verilməsini dəstəkləyir. Ancaq federallaşmanın əleyhinədir.

Poroshenkonun və Timishenkonun bir-biri ilə arası yoxdur. Timoshenko deyir ki, Poroshenkonun seçilməsi Ukraynaı keçmişə atmaq olacaq.

ÇİNİN ENERJİ EHTİYACI

New York Times Çinlə Rusiyanın 400 milyard dollarlıq qaz sazişi haqda yazır ki, Çin dünyada enerji axtarışına çıxıb. Çin gündə 10 milyon barrel neft işlədir. Dünyada işlənən neftin 9-da 1-I Çinin payına düşür.

Çinin özü gündə 4 milyon barrel neft çıxarır.

Çinin əsas ümidi özünün şist qazınadır. Ancaq buna 10 il vaxt gedəcək. Şist qazı yataqları Çinin ehtiycaları ilə müqayisədə kiçikdir, onlar əsas sənaye rayonlarından uzaqdadır, kəmərlər isə azdır.

Yeni sazişlə Çin Rusiyada ildə 38 milyard kub metr qaz alacaq. Bu, Çinin illik ehtiyacının 15 faizidir.

Bu saziş Çin üçün həm də ona görə əhəmiyyətlidir ki, Çin elektrik enerjisi üçün daş kömürdən istifadə etməyi azaldacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG