Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09

“Dünyanın mədəniyyət rəngləri” yarışmasının açılışı olub


 “Dünyanın mədəniyyət rəngləri” adlı yarışma

“Dünyanın mədəniyyət rəngləri” adlı yarışma

-
Mayın 22-də Beynəlxalq Muğam Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında keçirdiyi “Dünyanın mədəniyyət rəngləri” adlı yarışmanın açılış mərasimi olub.

22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil edilən yarışmanın əsas məqsədi uşaqları dünya xalqlarının mədəniyyətləri, adət və ənənələri, ədəbiyyatları, musiqiləri ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hisslərini aşılamaqla istedadlıları üzə çıxarmaq, uşaqları sağlam gələcək naminə ekologiyanı qorumaqla bağlı maarifləndirməkdir.

2000-ci il dekabrın 20-də BMT-nin Baş Məclisi 22 may tarixini Biomüxtəliflik üzrə Konvensiyanın qəbul olunması, eləcə də, Beynəlxalq Biomüxtəliflik Günü elan edib.

O vaxtdan bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Azərbaycan 2000-ci ildə Biomüxtəliflik üzrə Konvensiyaya qoşulub.

2006-cı il martın 24-də “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunub saxlanması üçün milli strategiya və fəaliyyət planı” təsdiq edilib.

Açılış mərasimində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Yarışmada Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Pirallahı və Nizami rayonlarının uşaq və gənclər yaradıcılıq mərkəzləri iştirak edib.

İştirakçılar Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, Rusiya, İtaliya, Tatarıstan (Rusiya Federasiyası), Yunanıstan və Hollandiyanın nağıllarını təqdim edib.

Azərbaycanlı uşaqlar həmin dövlətlərdə yaşayan xalqların milli rəqslərini də ifa edib.

Münsiflər heyətinin tərkibinə bir sıra qurumların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri daxildir.

Yarışmanın yekun konserti və qaliblərin mükafatlandırılması mayın 26-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG