Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

“Turan” İA-nin əməkdaşı istintaqda dindirilib


-
Turan İnformasiya Agentliyinin əməkdaşı Fərid Qəhrəmanov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib. Onun AzadlıqRadiosuna dediyinə görə, dindirilmə Rauf Mirqədirovun işi ilə bağlı olub:

“2001-ci ildə dövlət xətti ilə mən də Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa getmişdim. Bununla bağlı sual-cavab etdilər. Məndən iltizam alındığından dindirilməmin detalları haqqında məlumat verə bilməyəcəyəm. Rauf Mirqədirovla bağlı da soruşdular. Mən də onu istedadlı, vicdanlı jurnalist kimi tanıdığımı dedim”.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda həbs olunub. Dövlətə xəyanətdə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. R.Mirqədirov ittihamları əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG