Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

“Gülüstan” İstirahət Mərkəzinin saxlanan işçilərindən biri sərbəst buraxılıb


-
Qobustan rayonundakı “Gülüstan” Ailəvi İstirahət Mərkəzinin saxlanan işçilərindən biri buraxılıb. Bu haqda AzadlıqRadiosuna mərkəzin administratoru Rəna Fərəcova məlumat verib. Rəna Fərəcovanın sözlərinə görə, mərkəzin digər işçisi, onun həyat yoldaşı Elşən Fərəcov isə hələ də rayon polis şöbəsindədir:

“Gecə saatlarına kimi şöbənin qarşısında gözlədim, mənə həyat yoldaşımla görüşməyə icazə vermədilər. Evə gələndən sonra şöbədən zəng elədilər ki, obyektdə təmizlik işlərinə baxan qadın hər şeyi etiraf etdiyinə görə evə buraxılıb. Guya, qadın boynuna alıb ki, mərkəzdə əxlaqsızlıq edirmiş və qazandığı pulları da həyat yoldaşımla bölürmüş. Bütün bunlar böhtandır. Məqsədləri bizi alçaltmaq, özlərinə tabe etməkdir ki, öz xoşluğumuzla aparaq onlara pul verək. Mən isə bunu etməyəcəyəm. Pul vermirəm deyə qisas alırlar. Şöbədə saxlayıblarsa, demək nə isə planları var. İndi gedirəm vəkil tutmağa”.

“HEÇ KİMDƏN PUL İSTƏMƏMİŞİK”

Qobustan rayon Polis Şöbəsinin rəisi Eminağa Məmmədov adıçəkilən mərkəzdə əxlaqsızlıq yuvası aşkarlandığından, araşdırmaya başladıqlarını bildirdi. Şöbə rəisi həmçinin onlara yönəlik rüşvət və digər ittihamların əsassız olduğunu bildirdi:
“Orada əxlaqsızlıq yuvası aşkarlanıb. Ona görə də əməliyyat keçirmişik. Araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin buraxılıb, buraxılmaması araşdırmaların nəticəsindən asılı olacaq. Biz heç kimdən pul istəməmişik, öz vəzifə borcumuzu yerinə yetiririk. Biz konkret faktlar əsasında araşdırmaya başlamışıq. Onlar özlərini müdafiə eləmək üçün çox şey deyə bilərlər”.

Mayın 21-də Rəna Fərəcova AzadlıqRadiosuna həyat yoldaşı və istirahət mərkəzinin təmizlik işçisinin saxlanılması haqqında məlumat vermişdi.

Rəna Fərəcova iddia edirdi ki, polislər tələb etdikləri rüşvəti almadıqdan sonra bu addımı atıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG