Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:19

Avropa Məhkəməsi: «İlqar Məmmədov hökuməti tənqid etdiyinə görə cəzalanıb»


İlqar Məmmədov
İlqar Məmmədov
-

İlqar Məmmədov hökuməti tənqid etdiyinə görə cəzalandırılmaq üçün həbs edilib. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 22-də açıqladığı qərarda deyilir.

REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

İTTİHAMLAR «AĞLABATAN ŞÜBHƏ»YƏ ƏSASLANMAYIB

Şikayət 2013-cü ilin aprelində prioritet qaydada baxılmaq üçün qəbul olunub. Şikayətdə İ. Məmmədovun Avropa Konvensiyasının 5-ci b (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 13 (effektiv müdafiə vasitəsi hüququ), 14 (siyasi mənsubiyyətə görə diskriminasiyanın qadağan olunması) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qoyulur.

Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi
Məhkəmə İlqar Məmmədovun həbsinin siyasi motivlərə əsaslanması barədə müxtəlif fikirləri nəzərə alıb. Ancaq Məhkəmə qərarını «hüquqi məna daşıyan sübuta» əsaslandırmalıdır. Məhkəmə aşkarlayıb ki, ərizəçiyə qarşı ittihamlar «ağlabatan şübhə»yə əsaslanmayıb. Bütün sadalananlar göstərib ki, bütün cəza tədbirlərinin məqsədi ərizəçini hökuməti tənqid etdiyinə və doğru hesab etdiyi məlumatı yaymağa cəhd etdiyinə görə cəzalandırmaq olub.

20 MİN AVRO MƏNƏVİ ZİYANA GÖRƏ


Məhkəmə qərar verib ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci, 6-cı maddəsinin 2-ci bəndləri və 18-ci maddəsi pozulub.

Qərarda deyilir ki, hökumət İlqar Məmmədova qərar çıxandan 3 ay ərzində 22 min avronun manat qarşılığını ödəməlidir. Bunun 20 mini mənəvi ziyan, 2 min manatı isə xərcləri qarşılamaq üçündür.

Ərizəçi ona dəymiş maddi ziyana görə 10 min avro tələb edirdi. Ancaq bu iddianı əsaslandıran sübut olmadığı üçün məhkəmə bu hissəni rədd edib.

Amnesty International beynəlxalq təşkilatı İ. Məmmədovu «vicdan məhbusu» kimi tanıyıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG