Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Ukrayna ordusu yeni itkilər verir [Live-bloq]

Prezident seçkilərinə bir neçə gün qalmış Donbass vilayətində yeni döyüşlər olub. Ukraynanın separatizm problemi prezident namizədləri arasında əsas təbliğat mövzusudur


- Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında hərbi karvana hücum nəticəsində Ukrayna ordusunun 8 əsgərİ ölüb, 18-i isə yaralanıb.

- Separatçılar Luqansk vilayətinin Dovjansk sərhəd məntəqəsinə hücum ediblər. Ukrayna rəsmiləri bildirir ki, yaraqlılar Rusiyaya keçmək istəyiblər

- Ukrayna təhlükəsliz qüvvələrinin Donbassda həbs etdikləri Britaniyalı bloqqer öz ölkəsinə qaytarılıb. Onunla həbs olunan 2 rus jurnalisti isə terrorçuluqda ittiham olunaraq həbsdə saxlanılır.

- Ukrayna oliqarxı Akhmetov Donbass əhalisini silahlı separatçılara qarşı etirazlara çağırıb. Separatçılar buna cavab olaraq onun müəssisələrinin milliləşdiriləcəyini bəyan ediblər

- Mayın 25-i Ukrayna prezident seçir. Bu posta əsas namizəd biznesmen Petr Poroshenko sayılır.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
01:30 23.5.2014

Putinin faşist yuvası adlandırdığı yerdə Mişka və Panda üzə çıxdı (VideoBloq1)

Ukraynada prezident seçkilərini izləyən Kənan Kazımoğlunun "Sağ sektordan sol cinahadək" videobloq silsiləsinin ilk qəhərmanları əmindirlər ki, Donbasda adamlar heç kimin tanımadığı respublikada deyil, dinc bir ölkədə yaşamaq istəyirlər.

21:26 22.5.2014
SEPARATÇILAR UKRAYNA SEÇKİLƏRİNƏ MANE OLURLAR
Ukrayna prezident seçkilərinə bir neçə gün qalıb. Daxili işlər naziri Arsen Avakov bu günlərdə bildirmişdi ki, Luqansk və Donetsk vilayətlərində seçkilərin tam şəkildə keçirilməsi sual altındadır. Mayın 22-də Donetsk şəhərində sonuncu, 43 nömrəli dairə seçki məntəqəsi də aqressiv separatçıların hədə qorxularından sonra işini dayandırmağa məcbur obub.
20:23 22.5.2014
18:50 22.5.2014

Evi yanan Slavyansk sakini Ukrayna hakimiyyətini ittiham edir. Lakin separatçıların YT-da yerləşdirdiklən bu videodan görünür ki, həmin ərazidən Ukrayna ordusunun mövqeləri atəşə tutulub. Videonun sonunda (8:30-dan sonra) yaraqllardan biri yoldaşına irad tutur ki, niyə dinc sakinlərin evlərinin yanından atəş açır. "Sizə görə evi yandırdılar" deyir

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG