Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53
-

ABŞ-ın vitse-prezidenti Joe Biden Kiprdə səfərdədir. O, yerli liderlərə Vaşinqtonun dəstəyini bildirmək üçün gəlib.

Biden Avropanın Rusiya təbii qazından asılılığını azaldacaq enerji sazişlərini təbliğ edir. ABŞ rəsmisi mayın 21-də deyib ki, «Rusiya regionda heç kəsə qarşı öz ehtiyatlarından silah kimi istifadə etməməlidir».

Biden mayın 22-də Nikosiyada AB-nin Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyindən danışacaq. Bu məsələ Nikosiyada həssas sayılır, belə ki, rusların Kipr banklarında milyardlarla dolları var. Gözlənir ki, Biden şimal və cənubdakı Kipr rəsmilərini adanın birləşdirilməsi üçün danışıqları başlatmağa çağıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG