Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:59

Obamanın Putinlə görüşü planlaşdırılmır


Jay Carney
Jay Carney
Ağ evin mətbuat katibi Jay Carney deyib ki, Normandiyadakı mərasimdə ABŞ prezidenti Barack Obamanın rusiyalı həmkarı Putinlə təkbətək görüşü nəzərdə tutulmayıb.

Fransadakı mərasim Hitlerə qarşı ikinci cəbhənin açılmasını xatırlamaq üçündür. D günü adlanan həmin hadisənin 70 ili tamam olur.

Carney onu da bildirib ki, Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsinin əlamətləri müşahidə olunmur. Müəyyən hərəkət var, amma bunun qoşunların çıxarılması olub-olmadığını demək tezdir.
XS
SM
MD
LG