Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

Qobustan "Gülüstan" İstirahət mərkəzində həbslər


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
Qobustan rayonundakı “Gülüstan” Ailəvi İstirahət Mərkəzinin administratoru Rəna Fərəcova ilə Qobustan polis əməkdaşları arasında olan ziddiyətlər onun həyat yoldaşının həbsi ilə nəticələnib.

Mayın 21-də ərinin polislər tərəfindən saxlanması haqda xəbəri AzadlıqRadiosuna verən R.Fərəcova iddia edir ki, polislər tələb etdikləri rüşvəti almadıqdan sonra bu addımı atıblar.

“1 ildir ki, rayon polis şöbəsinin rəisi imkan vermir işləyək. Bizdən rüşvət istəyir. Rüşvət vermirik deyə, obyekti bağlamaq üçün min bir bəhanə axtarır" - deyən R.Fərəcova əlavə edir ki, belə bəhanələrdən biri də istirahət mərkəzindən əxlaqsızlıq yuvası kimi istifadə olunması haqda böhtanlardır.

"Keçən il polislər pəncərədən içəri girib bir ailəni tutub aparmışdılar ki, guya burada əxlaqsızlıq edirlər. Onların ər-arvad olmaları haqqında sənəd ortaya çıxdıqdan sonra susdular". - deyən R.Fərəcova mayın 21-də onun həyat yoldaşı ilə yanaşı mərkəzdə təmizlik işinə baxan qadının da saxta əxlaqsızlıq ittihamı ilə həbs edildiyini bildirdi.

Qobustan rayon icra başçısının müavini Anar Əliyev AzadlıqRadiosuna hadisədən məlumatlı olduğunu və araşdırılma aparıldığını deyib:

“ Bizə müraciət olunub, məlumatlıyıq. Hazırda araşdırma aparılır. Araşdırma bitdikdən sonra ətraflı məlumat verəcəyik”.

Qobustan Rayon Polis Şöbəsindən məsələyə münasibət bildirmədilər. AzadliqRadiosu məsələyə yenidən qayıdacaq, saytımızı izlə.
XS
SM
MD
LG