Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Pele Brazilya-2014 təşkilatçılarını tənqid edir


Futbol əfsanəsi brazilyalı Pele Fransada mətbuat konfransında. Mart 2014
Futbol əfsanəsi brazilyalı Pele Fransada mətbuat konfransında. Mart 2014
Futbol kralı Pele Braziliyada keçirilən dünya çempionatı təşkilatçılarını tənqid edərək onları korrupsiyada ittiham edir. 73 yaşlı 3qat dünya çempionu deyir ki, futbol arenalarının tikintisinə xərclənən pulları təhsil və səhiyyəyə də yönəltmək olardı.

“Məsələyə bir siyasətçi kimi baxanda görürsən ki, stadionların tikilməsinə nəhəng - bəzən lazım olduğundan da artıq pullar sərf olunur” – deyən Pele bildirir ki, Brazilyadakı kütləvi etirazlarla həmrəydir, lakin küçələrə çıxıb yanğınlar törətmək də çıxış yolu deyil. Onun fikrincə, belə zorakı etirazlar dünya çempionatına gəlmək istəyən futbol turistlərini qaçırır.

Braziliyada keçirilən futbol üzrə dünya çempionatı iyunun 12-də Brazilya-Xorvatiya oyunu ilə başlayır. Lakin AzadlıqRadiosu Qərb mediasına istinadən xəbər veriri ki, San Pauloda, açılış matçının keçiriləcəyi stadionun vaxtında istifadəyə veriləcəyi sual altındadır.

Pele deyir ki, çempionat üçün tikilən stadionların çoxu hələ də hazır deyil və bunun səbəbini korrupsiyada görür.

«Bu vəziyyət məni narahat edir. Arenaların tikintisi üçün kifayət qədər vaxt var idi. Bu bir biabırçılıqdır» - deyir Pele
XS
SM
MD
LG