Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

Əfv Komissiyası toplanıb


Arxiv fotosu. Prezidentin 2007-ci ildə verdiyi əfv sərəncamının icrası zamanı çəkilən foto.

Arxiv fotosu. Prezidentin 2007-ci ildə verdiyi əfv sərəncamının icrası zamanı çəkilən foto.


Mayın 21-də Prezidentin yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Komissiyadan APA informasiya agentliyinə verilən məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə və təkliflərə baxılıb.

Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq.

Komissiya üzvlərinin bu yaxınlarda mətbuata verdikləri məlumata görə 28 May Respublika Günü münasibətilə prezidentin məhbusların bir qismini əfv edəcəyi gözlənir.

Adətən kimlərin əfv olunacağı prezidentin sərəncamına qədər bilinmir.

İnsan haqları fəalları Azərbaycanda 100-dən çox siyasi məhbus olduğunu, onların azadlığa buraxılmasına ümid etdiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG