Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:21

Jurnalist Pərviz Həşimli karantində saxlanır


Pərviz Həşimli
Pərviz Həşimli
Mayın 21-də vəkil Elçin Sadiqov Bakı İstintaq Təcridxanasında jurnalist Pərviz Həşimli ilə görüşüb. Vəkilin sözlərinə görə, jurnalist yeni köçürüldüyü təcridxanada bir neçə gün karantində saxlanacaq:

“Pərvizi mayın 20-də Bakı İstintaq Təcridxanasına köçürüblər. Əhval-ruhiyyəsi çox yüksək idi. MTN təcridxanasından canını qurtardığına çox sevinirdi. Təcridxananın qaydalarına görə, 2-3 gün karantində qalmalıdır. Bundan sonra adi kameraya köçürüləcək”.

Mayın 15-də Ağır Cinayətlər Məhkəməsi Pərviz Həşimli haqqında 8 il yarım müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarıb.

O, keçən ilin sentyabrında həbs edilib. Pərviz Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Özü və vəkilləri jurnalistin siyasi motivlərlə şərlənərək həbs edildiyini deyirlər.
XS
SM
MD
LG