Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:57

Emil Məmmədovun azadlığı üçün imza toplayanı polis saxlayır (VİDEO)


Emil Məmmədov
Emil Məmmədov
Həbsdə olan hüquq müdafiəçisi Emil Məmmədovun azadlığa çıxması ilə bağlı Salyanda imza toplayanlardan birini mayın 21-də polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin qardaşı İqrar Məmmədov məlumat verib:
“Rayon sakini Ağaəli Quliyev imza toplayanda polislər onu saxlayıb. O, 7 saata yaxın bölmədə saxlanıb. Ondan müraciətə imza atanların kimliyini soruşublar.

Ağaəli imza verənlərin öz yaxın qohumları, ailə üzvləri olduğunu deyib. Niyə imza topladığını soruşublar. Ağəli deyib ki, 20 ildən bəri Emili vicdanlı biri kimi tanıyır və onun cinayət törədə biləyəcəyinə inanmır. Buna görə də ona kömək etmək istəyir ki, azadlığa çıxsın”.
İqrar Məmmədov deyir ki, qardaşı ilə bağlı imza toplamaq üçün ailə üzvləri heç kimə müraciət etməyiblər. Onun sözlərinə görə, rayon sakinləri bu kampaniyanı könüllü aparırlar.

Emil Məmmədovla bağlı mayın 20-də 350 nəfər rayon sakini ölkə prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə prezidentdən xahiş olunur ki, hüquq müdafiəçisinin işini diqqətdə saxlasın.
Salyandakı hüquq müdafiəçisinin həbsinə səbəb nə olub?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

«Demokratiya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov mayın 13-də saxlanılıb və bir gün sonra barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

üquq müdafiəçisi rayonun bir neçə vəzifəli şəxsindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Emil Məmmədova qarşı iddia ilə çıxış edənlərdən biri elə Salyan rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimov, digəri isə telekommunikasiya şöbəsinin müdiri Faiq Nəcəfovdur.

Hüquq müdafiəçiləri ittihamları qəbul etmir. Salyandakı korrupsiya halları barədə prezidentə və baş prokurorluğa etdiyi müraciətə görə həbs olunduğunu bildirir.
XS
SM
MD
LG