Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:20

Bakıdakı Rusiya səfirliyi bu ölkənin vətəndaşlığını almağın yollarını açıqlayır


Sevastapolda Rusiya vətəndaşı pasportunun alınması üçün foto çəkən studiyanın reklamı.
Sevastapolda Rusiya vətəndaşı pasportunun alınması üçün foto çəkən studiyanın reklamı.
Rusiya vətəndaşlığının verilməsi qaydalarına edilən dəyişikliklər və çoxsaylı müraciətlərlə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, dəyişikliklər Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, bundan başqa vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.

Əsas şərtlərdən biri odur ki, Rusiya vətəndaşlığını almaq istəyən şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməlidir.

Bundan başqa, yeni qanun özü, ya da yaxın qohumları vaxtilə Rusiya Federasiyasında, ya da Rusiya İmperiyası və SSRİ ərazisində yaşamış, rus dilini bilən şəxslərə də aiddir.

Xarici vətəndaşın, yaxud da vətəndaşlığı olmayan şəxsin rus dilini hansı səviyyədə bilməsi xüsusi komissiya tərəfindən müsabiqə yolu ilə müəyyən edilir. Bu komissiya Rusiya Federal Miqrasiya Xidməti tərəfindən yaradılır.

Bu yeniliklər Azərbaycan əsilli şəxslərə nə vəd edir?

Yeni qaydalara görə müvəqqəti, ya daimi yaşayış icazəsi əsasında Rusiya ərazisində yaşayan şəxs rus dili imtahanından keçəndən dərhal sonra Rusiya vətəndaşının pasportunu almaq üçün müraciət edə bilər. Belədə Azərbaycan vətəndaşlığından imtina mütləqdir. Əvvəllər isə Azərbaycan vətəndaşı müəyyən vaxt keçəndən sonra Rusiya vətəndaşlığı üçün müraciət edə bilirdi.
Keçmiş SSRİ pasportunu daşıyan Moldova vətəndaşı.
Keçmiş SSRİ pasportunu daşıyan Moldova vətəndaşı.

Qanuna edilmiş dəyişikliklər Rusiya Federasiyasından kənarda yaşayan, vaxtilə özləri yaxud yaxın qohumları Rusiyada, yaxud da Rusiya imperiyası və SSRİ ərazisində yaşamış və rus dilini bilən şəxslərə Rusiya vətəndaşlığını almaq imkanı verir.

Belə olan halda, məsələn, Azərbaycan vətəndaşı Rusiyaya getməli, müvafiq komissiya tərəfindən təşkil olunan müsabiqədən keçməli və vaxtilə özünün, ya da yaxın qohumlarının Rusiya Federasiyasında, yaxud Rusiya İmperiyası və SSRİ ərazisində yaşadığını təsdiq edən sənədləri təqdim etməlidir.

Bütün mərhələlərdən keçən Azərbaycan vətəndaşı Rusiyada 3 il müddətinə yaşamaq hüququ qazanır. Qarşıdakı 2 il ərzində həmin şəxs Rusiya Federasiyaı vətəndaşlığına qəbul üçün müraciət etməlidir. Bu halda Azərbaycan vətəndaşlığından çıxmaq mütləqdir.

Rusiya vətəndaşlığının verilməsi proseduruna edilmiş bu dəyişikliklər yalnız Rusiya ərazisində Federal Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

Rusiyanın xarici ölkələrdəki konsulluqları, isə Rusiya vətəndaşı olmaq istəyən aşağıdakı şəxslərdən müraciətlər qəbul etməkdə davam edir:
- Azı valideynlərdən biri Rusiya Federasiyası vətəndaşı olmalı və Rusiya Federasiyası ərazisində yaşamalı;

- SSRİ vətəndaşı olmuş, vaxtilə SSRİ tərkibində olmuş respublikalarda yaşamış və yaşamaqda davam edən, bu ölkələrin vətəndaşlığını almayan və nəticədə vətəndaşlığı olmayan şəxslərə çevrilmiş insanlar;

- SSRİ tərkibinə daxil olmuş respublikaların vətəndaşları olan, 2002-ci ilin iyulun 1-dən sonra Rusiya Federasiyasının təhsil müəssisələrində orta ya da ali peşə təhsili almış şəxslər.

Keçmiş sovet respublikalarından biri olan Azərbaycanda da müstəqil ekspertlər Moskvanın bu addımının xüsusilə keçmiş SSRİ məkanı ölkələri üçün ciddi təhlükə daşıdığını deyirlər.

Ekspertlər Azərbaycanda da ikili vətəndaşlıqla bağlı qanunvericiliyin sərtləşdirilməsini təklif edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG