Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:38

Amnesty İnternational: "Məhkəmə Politkovskayanın ölümünə kimin sifariş verdiyini cavabsız qoydu"


Amnesty İnternational (Aİ) Rusiyanın araşdırmaçı jurnalisti Politkovskayanın qətli ilə bağlı 5 nəfərin məhkum olunmasını “ədalətə doğru kiçik addım” adlandırıb.
Təşkilat mayın 21-də bildirib ki, məhkəmə prosesi həddən çox sualı cavabsız qoydu.

Aİ hesab edir ki, bu qətlə kimin sifariş verdiyini ortaya çıxarmamış Politkovskayanın qətl hadisəsində ədalətin qalib gəldiyini demək olmaz. Bu baş verməmiş Rusiyada jurnalistlər və fəallar risk altında olacaq.

Mayın 20-də Moskva məhkəməsi 2006-cı ildə Politkovskayanı öldürdüyünə görə 5 çeçeni məhkum etdi.

Ancaq məhkəmə bu qətlə kimin sifariş verdiyini araşdırmadı.

Politkovskaya Rusiyada və xüsusilə Çeçenistanda insan haqları pozuntularını araşdırırdı.
XS
SM
MD
LG