Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:37

Gallup-a görə Azərbaycanda üzü gülən adamların sayın Ermənistandakından azdır


Dünya Gülüş Gününün loqosu

Dünya Gülüş Gününün loqosu

.

ABŞ-da yerləşən ictimai rəyi öyrənmə mərkəzi olan Gallup-ın sorğusuna görə, xəbərlərdə daha çox yer alan dünyadakı münaqişələrə, narazılıqlara baxmayaraq insanlar həyata pozitiv baxırlar.

Sorğuda iştirak edən 10 nəfərdən 7-si son bir gün ərzində güldüyünü, sevindiyini və başqa müsbət hisslər keçirdiyini deyib.

Gallup 138 ölkədə sorğu keçirib ki, “son bir gündə müsbət emosiyanız olubmu?”

Dünyanın ən poztiv əhvallı 10 ölkəsindən 9-u Latın Amerikasındadır. Sorğuda 3-cü ildir ki, dalbadal birinci yerə Paraqvay çıxır.

Azərbaycanda sorğuda iştirak edənlərin 55 faizi deyib ki, son bir gündə onları sevindirən hadisələr yaşayıblar.

Ermənistanda və Gürcüstanda belə cavab verənlər Azərbaycandan çoxdur – 56 faiz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG