Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:02
-
Akademik Milli Dram Teatrının kollektivi növbəti beynəlxalq teatr festivalına – Makedoniyanın paytaxtı Skopyedə keçirilən Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalına getməyə hazırlaşır.

Mən... Biz...” adlı monotamaşa

Mən... Biz...” adlı monotamaşa

Teatrın mətbuat katibi Elçin Cəfərovun AzadlıqRadiosuna bildirdiyinə görə,
mayın 25-dən iyunun 5-dək davam edəcək festivalda teatr Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur.

Bir hissəli mono reportaj janrında hazırlanan tamaşa 48 dəqiqə sürür.

Monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir.

Rejissor ideyasına görə, cəmiyyətdə, ailədə kompleksli insanları böyütmək günahdır, çünki onlar cəmiyyətin diri ölüləridir.
Mən... Biz...” adlı monotamaşa

Mən... Biz...” adlı monotamaşa

​Kompleksli insan gələcəkdə cəmiyyətdən təcrid olunur, lüzumsuz, gərəksiz, həyatla barışan, ölümünü gözləyən şəxsə çevrilir.

Akademik Milli Dram Teatrı Makedoniya Milli Teatrının səhnəsində mayın 28-də - Respublika Günündə çıxış edəcək.

Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin yarandığı gündə Akademik Milli Dram Teatrı bir çox xarici ölkələrin teatrlarının iştirak etdiyi Beynəlxalq Festivalda “Mən... Biz...” tamaşasını təqdim edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG