Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Gallupın sorğusuna görə, Azərbaycanda müsbət hisslər keçirənlər Ermənistandakından azdır


Gallup təşkilatının sorğusuna görə, xəbərlərdə daha çox yer alan dünyadakı münaqişələrə, narazılıqlara baxmayaraq insanlar həyata pozitiv baxırlar.

Sorğuda iştirak edən 10 nəfərdən 7-si son bir gün ərzində güldüyünü, sevindiyini və başqa müsbət hisslər keçirdiyini deyib.

Gallup 138 ölkədə sorğu keçirib ki, “son bir gündə müsbət emosiyanız olubmu?”

Dünyanın ən poztiv əhvallı 10 ölkəsindən 9-u Latın Amerikasındadır. Sorğuda 3-cü ildir ki, dalbadal birinci yerə Paraqvay çıxır.

Azərbaycanda sorğuda iştirak edənlərin 55 faizi deyib ki, son bir gündə müsbət hisslər yaşayıblar.

Ermənistanda və Gürcüstanda belə cavab verənlər Azərbaycandan çoxdur – 56 faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG