Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:33
-
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi beynəlxalq teatr layihəsi ilə qeyd olunacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Bələdiyyə Teatrına istinadən yaydığı xəbərə görə, Amaliya Pənahovanın səhnə fəaliyyətinin yubileyini məşhur polşalı teatr və kino xadimi, rejissor Krzysztof Zanussi özünün yazdığı pyeslə təbrik edəcək.

Zanussinin quruluş verdiyi “Qadın oyunları” tamaşası Amaliya Pənahovanın benefisidir.

Bu günlər Polşada Xalq artistinin və həmkarlarının iştirakı ilə gərgin məşqlər davam edir.

Mayın sonunda təhvil veriləcək tamaşanın premyerası iyunda Bakıda olacaq.

Amaliya Pənahova 1945-ci ildə gəncədə doğulub.

1966-cı ildə Dövlət Teatr İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib.

Görkəmli aktrisa 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.

Onun ilk rolu 1964-cü ildə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesindəki Nargilədir.

Şərhləri göstər

XS
SM
MD
LG