Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

ABŞ vitse-prezidenti Joe Biden Rusiyaya xəbərdarlıq edir


ABŞ vitse-prezidenti Joe Biden Moskvaya xəbərdarlıq edib ki, mayın 25-də Ukraynada prezident seçkisinə əngəl törətməsin.

Buxarestdə Rumıniya prezidenti Basescu ilə görüşdə Biden deyib ki, əgər seçkilər pozulsa, onda Rusiyaya qarşı daha sərt sanksiyalar qoyulmalıdır.

Biden NATO-nun nizamnaməsinin 5-ci maddəsinə ABŞ-ın sadiq olduğunu bildirib. Həmin maddəyə görə, NATO-nun bir ölkəsinə hücum bütün NATO-ya hücum hesab olunur.

Biden baş nazir Ponta ilə görüşdə isə deyib ki, Avropanın təhlükəsiz, şaxələnmiş enerji bazarına ehtiyacı var ki, Rusiya enerjidən silah kimi istifadə edə bilməsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG