Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Rusiya və Çin 400 milyard dollarlıq qaz sazişi imzaladı


Rusiya və Çin 400 milyard dollarlıq qaz sazişi imzalayıb. Ancaq “400 milyard” mediada hallanan məbləğdir, Qazpromun sədri Miller deyib ki, sazişin dəqiq məbləği kommersiya sirridir.

Sazişin detalları barədə məlumat verilmir. Ancaq media məlumatlarına görə, Rusiya 30 il ərzində Çinə ildə 38 milyard kub metr qaz verəcək. Qaz yeni çəkiləcək kəmərlə ötürülməlidir.Qazın qiyməti hər 1000 kub metrə 380 dollardır.

Rusiya və Çin bu saziş üzərində 10 ildir ki, işləyirdilər. Onlar qiymətdə razılığa gələ bilmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG