Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33
-
“Azərbaycanda yeni su idarəçiliyinə ehtiyac var və biz də ortaya mükəmməl konsepsiya qoymaq niyyətindəyik”. Bu sözləri BMT-nin İnkişaf Proqramının Proqramlar üzrə meneceri cənab Məzahir Əfəndiyev bildirib.

Mayın 21-də BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyi 2012-ci ildən həyata keçirdikləri su və daşqınlar üzrə idarəetməni təkmilləşdirmə ilə bağlı keçirdikləri layihəni təqdim ediblər.

Layihənin əsas məqsədi Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır.

“QƏBƏLƏDƏ ŞABALID AĞACLARI QURUYUR”


Yerli və beynəlxalq ekspertlərin qoşulduğu layihə 10 min kv kilometrdən artıq bir bölgəni əhatə edir. Bura Oğuz, Qəbələ, Zaqatala, Qax, İsmayıllı və Şamaxıda dağ ərazilərində yerləşən kəndlər daxildir. Məzahir Əfəndiyev bildirir ki, Azərbaycanda yeraltı su ehtiyatlarının düzgün məcraya yönəldilməsinə ehtiyac var. O, layihə obyekti olan bölgələrdə sel daşqınlarının ola biləcəyini də istisna etmədi. Məzahir Əfəndiyev eyni zamanda onu da vurğulayır ki, bölgədə bəzi yerlərdə yeraltı su mənbələrinin quruması müşahidə edilir: “Məsələn, Qəbələdə şabalıd ağacları quruyur. İqlim dəyişikliyi nəticəsində yeraltı su ehtiyatları tükənə bilər”.

“LAYİHƏYƏ SAHİBLİK DONORDAN İCMALARA KEÇMƏLİDİR”


Layihəni qiymətləndirən beynəlxalq ekspert Devid Milton su idarəçiliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirdi. O, layihə icraçılarının dağ icmaları ilə zəif işlədiyinə diqqət çəkdi: “İcmanın məlumatlandırma səviyyəsi aşağıdır. Amma sel və daşqınlarla mübarizədə yerli icmanın fəallığına ehtiyac yaranır. Yerli icmalar iqlim dəyişikliyinin mahiyyətini anlamalıdırlar ki, lazım olan dəstəyi verə bilsinlər. Elə etmək lazımdır ki, sahiblik hissi donorlardan icmalara keçsin”.

BÜDCƏSİ 10 MİLYON DOLLARDAN ARTIQ OLAN LAYİHƏ...


2012-2015-ci illəri əhatə edən “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin büdcəsi 10 milyon dollardan artıqdır. Bunun 7 milyon dollarını Azərbaycan hökuməti, 3 milyonunu ABŞ-ın Qlobal Ekoloji Fondu, 300 min dollarını isə BMT-nin İnkişaf Proqramı ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG