Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:53

Naxçıvanda bir gündə 24 min nəfər iməciliyə çıxarılıb


Naxçıvanda həkim və müəllimlərin iməciliyi
Naxçıvanda həkim və müəllimlərin iməciliyi
-


Şərq qapısı 20.05.2014

İməciliklər mütəşəkkilliklə davam etdirilir

...Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.

May ayının 17-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.

Həmin gün Naxçıvan şəhərinin sakinləri tərəfindən Uzun­oba Su Anbarı yaxınlığındakı 3 hektarlıq yeni salınmış meyvə bağında suvarma işləri aparılmış, Naxçıvan-Sədərək və Naxçıvan-Batabat magistral yolunun sağ və sol hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, park və xiyabanlarda təmizlik işləri aparılmışdır.

..Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri əvvəlki iməci­liklərdə olduğu kimi, budəfəki iməcilikdə də əzmkarlıq nümayiş etdirmiş, Naxçıvan-Sədərək magistral yolunun Püsyan kəndindən keçən hissəsindəki bağlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

...Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki 5 hektarlıq bağ və Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı yaşıllıqlar alaq otlarından təmizlənərək suvarılmışdır.

...Sədərək rayonunun sakinləri Heydərabad qəsəbəsində park və xiyabanlarda, Sədərək kənd 1 nömrəli tam orta məktəbin və rayon Mərkəzi Xəstəxanasının həyətində yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.

Həmin gün muxtar respublikanın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik və abadlıq işləri aparılmışdır.

İməciliklərdə, ümumilikdə, 24 min 588 nəfər iştirak etmiş, 6 min 80 ədəd meşə, meyvə, həmişəyaşıl ağac və gül kolları əkilmişdir.
XS
SM
MD
LG