Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

Azərbaycan əsirliyindən qayıdan erməni kəndli ölüb


Mamikon Khojoyan
Mamikon Khojoyan
-

77 yaşlı erməni kəndlisi Mamikon Khojoyan mayın 20-də ölüb. O, iki aydan artıq idi Azərbaycan əsirliyindən qayıtmışdı. Ermənistan mənbələri onun əsirlikdən ciddi xəsarətlə qayıtdığını yazır.

Khojoyan bu il yanvarın 28-də naməlum şəraitdə Azərbaycana keçib və hakimiyyətə təhvil verilib.

Sonradan rəsmilər onun casus olduğunu bildirsə də, Ermənistan tərəf bu iddiaları təkzib edib, onun ruhi xəstə olduğundan təsadüfən Azərbaycan ərazisinə keçdiyini bildirib.

Khojoyan martın 4-də beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə geri qaytarılıb və dərhal xəstəxanaya yerləşdirilib. AzadlıqRadiosunun müxbiri onu ziyarət edib və bədənində yaralar görüb. Həkimlər onun əsirlikdə xəsarət aldığını bildiriblər.

Azərbaycanın Müdafiə Nazirliyi ona işgəncə verilməsi xəbərlərini təkzib edib.
XS
SM
MD
LG