Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

Qaxda «Yehovanın Şahidləri» təlimini yaymaqda təqsirləndirilən şəxslər saxlanılıb


Qaxda «Yehovanın Şahidləri» təlimini yaymaqda təqsirləndirilən şəxslər saxlanılıb.

Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, saxlanılanlardan biri azyaşlıdır.

Polisdən bildirilib ki, şöbəyə bir qrup şəxsin rayon ərazisində ev-ev gəzərək, «Yehovanın Şahidləri» təlimini yayması barədə məlumat daxil olub.

Məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Gülarə Hüseynova, Qax rayon sakini Təranə Xususşvili və onun qızı, 14 yaşlı Luka Xususvili tutulub. Onlardan yayılması qadağan olunmuş «Əhdi Ətiq» kitabı götürülüb.

Saxlanılan şəxslərin barəsində inzibati tədbir görülməsi üçün materiallar rayon məhkəməsinə göndərilib.
XS
SM
MD
LG