Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53
-

Fransız yazıçısı, filosofu və jurnalisti Bernard Levy bildirib ki, Rusiya prezidenti Vladimir Putin rus mədəniyyətinin ən qatı düşmənidir.

"Mənim nəzərimdə ən böyük rusofob elə Putinin özüdür. O, Rusiyanın üzqarasıdır və böyük rus ziyalılarını, rus mədəniyyətini, rus kinosunu rüsvay edir".

Levy Ukraynanın "5-ci kanal"ına müsahibəsində onu da deyib ki, rus mədəniyyətinin, ədəbiyyatının vurğunudur. Özünü Puşkin, Turgenev, Dostoyevskinin xələfi sayır.

"Rus mədəniyyəti olmasaydı, Soljenitsından üzü bəri mühüm saydığım rus dissidentləri olmasaydı, bu günkü Levy nə bir şəxsiyyət kimi, nə də bir yazıçı kimi mövcud olmazdı".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG