Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:43

Əsgər ölümünə dair cinayət işinə xitam verilib


-
2013-cü ilin yanvarında hərbi xidmətə çağrılan Orxan Alıyev Tərtərdə əsgərliyə başlayıbmış. Həmin il dekabrın 11-dən 12-ə keçən gecə ailəsi onun ölüm xəbərini alıb.

Mərhumun atası Şiralı Alıyevin sözlərinə görə, Hərbi Prokurorluq oğlunun ürək çatışmazlığından vəfat etdiyini bildirir:
Əsgər Orxan Alıyev

Əsgər Orxan Alıyev

“Mən deyirəm ki, oğlumu qətlə yetiriblər, çünki oğlum sağlam idi. Orxan siqaret çəkmirdi, içki içmirdi, sağlam gənc idi”.

Şiralı Alıyev deyir ki, oğlu qətlə yetiriləndən dərhal sonra morqa aparılaraq, daxili orqanları çıxarılıb. O, cinayət işinin ədalətli aparılması istəyi ilə bütün uyğun dövlət qurumlarına üz tutduqlarını, amma hər hansı cavab almadıqlarını sözlərinə əlavə edib:

“Necə olur, yaşayan və ölkəyə xidmət edən zaman sizinki olur, öldürüləndən sonra gətirib valideynin üstünə atıb çıxıb gedirsən, maraqlanmırsan?”

Ata bu il mayın əvvəlində Tərtər Rayon Hərbi Prokurorluğunun cinayət işinə xitam veridiyini, bu barədə məlumatın onlara telefonla çatdırıldığını da deyir. Bununla belə, cinayət işinə xitam verilməsinə dair rəsmi qərar ailəyə təqdim olunmayıb.

Hərbi Prokororluğun mətbuat xidmətinin rəhbəri Əfrayım Təhməzov AzadlıqRadiosuna bildirib ki, Orxan Alıyevin ölüm faktı təsdiqlənəndən sonra araşdırma başlanıb:

“Araşdırma zamanı zərərçəkmişin valideylərinin göstərdiyi bütün xüsusatlar tam və hərtərəfli araşdırılıb. Daha sonra cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işə xitam verilib və bu qərar zərərçəkmişin yaşadığı ünvana göndərilib”.

Mətbuat xidmətinin rəhbəri xitam qərarının Orxan Alıyevin ünvanına mayın 3-də göndərildiyini də sözlərinə əlavə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG