Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08
.

Azərbaycan Dövlət Musiqili Teatrı, ali və peşə təhsili məktəbləri tələbələrinin tədris mərkəzinə çevrilib.

Teatrın Mətbuat Xidmətinin AzdlıqRadiosuna bildirdiyinə görə, teatr Bakıdakı incəsənət təmayüllü ali məktəblərin təcrübə mərkəzi olur. Burada Mədəniyyət və İncəsənət Universiteti, Bakı Humanitar Kolleci, eləcə də, 5 saylı Bakı Peşə Məktəbinin uyğun ixtisaslarında təhsil alan tələbələrin müntəzəm təcrübə keçdikləri məkan olacaq.

Tələbələrin təlimatlandırılması, texniki və bədii yaradıcılıq işləri ilə tanış edilməsi teatrın direktor müavini Hüseyn Hüseynova və quruluş hissə müdiri Həmid Kazımzadəyə tapşırılıb.

Teatrın fikrincə, təcrübə prosesi, tələbələrin təhsildə qazandığı nəzəri biliyi daha da təkmilləşdirməsi və gələcəkdə peşəkar kadrlar kimi yetişməsində, eyni zamanda onların ölkə teatrlarına cəlb olunmalarında mühüm rol oynayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG