Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:15

“İsmayıllı məhbuslarının” işi yenidən araşdırılacaq


-
Mayın 20-də Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı məhbuslarının” appelyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

AzadlıqRadiosunun məhkəməni izləyən əməkdaşının sözlərinə görə, müttəhimlərin əyləşdiyi dəmir qəfəsdə yer dar olduğundan REAL sədri İlqar Məmmədov və Müsavatın başqan müşaviri Tofiq Yaqublu buna etiraz edib. Hakim onların və digər müttəhim Elşən Qurbanovun vəkillərin yanında oturmasına razılıq verib.

Vəkillər bəzi müttəhimlərin həbsinin ev dustaqlığı ilə əvəz olunmasını, bəzilərinin isə azadığa buraxılması ilə bağlı vəsatət qaldırıb.

Hakim bu vəsatəti rədd edib. Amma vəkillərin digər vəsatətini- cinayət işinin qismən araşdırılmasını təmin edib.

Növbəti proses iyunun 5-də olacaq.

Ötən il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Olaydan sonra 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müttəhimlər üst-üstə 42 il cəza alıb. Bəzi təqsirləndirilən şəxslər isə şərti olaraq azadlıqdan məhrum olunublar.
XS
SM
MD
LG