Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:16

Pamuk-un “Masumiyet Müzesi” Avropada birinci oldu


Arxiv fotosu
Arxiv fotosu
Nobel mükafatlı tanınmış türk yazar Orhan Pamuk-un 2012-ci ildə İstanbul Beyoğlu Çukurcumada açdığı “Masumiyet Müzesi” "Avropada ilin muzeyi" (European Museum of the Year - EMYA) adına layiq görülüb.

Bu qərar mayın 18-i axşam Estoniyanın paytaxtı Tallində Avropa Muzeylər Forumunun ortaq toplantısında açıqlanıb.

Türkiyə mediasının yazdığına görə, toplantıda “Masumiyet Müzesi”nin quruluşunun dünya muzeylərinin inkişafı üçün bir model olduğu bildirilib və belə bir muzeyin varlığının“ilhamverici” olduğu vurğulanıb.

Beləliklə, “Masumiyet Müzesi” mükafatın heykəlciği olan Henry Moore’un The Egg (Yumurta) əsərinə qarşıdakı bir il müddətinə sahiblik edəcək.

Tallindəki toplantıya qatılan Orhan Pamuk mükafatı qəbul edərkən Soma kömür mədənində faciəli şəkildə həlak olanlardan duyduğu kədəri dilə gətirib və mükafatı Somadakı mədənçilərin xatirəsinə sayğıyla aldığını və bütün Türkiyənin yasda olduğunu çatdırıb.

Avropa Şurası tərəfindən qurulan və Avropa Muzeylər Forumunun 1977-ci ildən bəri verdiyi EMYA mükafatları ən nüfuzlu mükafat sayılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG