Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:20

Döyülən jurnalist prezidentə müraciət edib


Fərahim İlqaroğlu
Fərahim İlqaroğlu
-
“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlu ona olunan zorakılıqla bağlı mayın 20-də prezident İlham Əliyevə müraciət edib.

Jurnalist prezidentdən xahiş edir ki, onun döyülməsi barədə sifariş verənlərin cəzalandırılması, istintaqın daha dinamik aparılması üçün müvafiq tapşırıqlar versin. Fərahim İlqaroğlunun AzadlıqRadiosuna dediyinə görə, hələki istintaqın hadisə ilə bağlı hansısa iş gördüyünü hiss etmirlər.

“Biz ümid edirdik ki, məsələ Nizami rayon polis idarəsindən alınıb Daxili İşlər Nazirliyinə veriləndən sonra hansısa addımlar atılacaq. Bizə bir nəfərin saxlandığı barədə məlumat verdilər. Amma əmin deyilik ki, deyilən adam doğurdan da tutulub, ya yox. Məni döyən, əvvəllər heç görmədiyim, tanımadığım Feyruz Termişi adlı idmançı polis idarəsində mənimlə üzləşən zaman etiraf etdi ki, məni döymək sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb”.

“Yeni Müsavat”ın saytında yerləşdirilən müraciətdə həmin şəxsə də sifarişin deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdan gəldiyini ehtimal edilir.

“Məni döyən Feyruz Termişi saxlanıb. Lakin ona bu əmri verən Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov hələ də azadlıqdadır. Onların azadlıqda gəzməsi məni və ailəmi ciddi təhlükə altında qoyur”.

Fərahim İlqaroğlu 25 aprel 2014-cü il saat 10 radələrində yaşadığı evin (Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küç, ev 6) qarşısında döyülüb. Hadisə jurnalistin avtomobilindəki kameraya düşüb.

Hadisə ilə bağlı «xuliqanlıq» maddəsi ilə cinayət işi açılıb. Mayın 7-də AzNews.az-a açıqlamasında deputat Elton Məmmədov oğlu barədə yayılan məlumatlar növbəti iftira adlandırıb:

“Artıq mən bu cür iftiralardan bezmişəm və hesab edirəm ki, belə məlumatlara münasibət bildirməyə dəyməz" deyə o bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG