Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

Dünyada 21 milyon adam qul kimi işlədilir


BMT-nin Beynəlxalq Əmək Təşilatı yeni hesabatında yazır ki, insanları məcburi işlətməklə dünyada bir ildə azı 150 milyard dollar pul qazanılır.

Məcburi Əməklə Mübarizə Poqramının direktoru Beate Andrees Cenevrədə hesabatı təqdim edərkən deyib ki, “məcburi əməklə qazanılan pulun 3-də 2-si qadınların seksual istismarından gəlir. Bu, ildə 99 milyard dollardır”.

Təşkilat Ermənistanda, Gürcüstanda və Moldovada başqa ölkələrdə işləyib-geri qayıdanlarla söhbət edib.

Ermənistanda rəyi soruşulanların 20 faizi deyib ki, onlar qürbətdə qəpik-quruşa işləyirmiş.

Gürcüstanda da geri qayıtmış miqrantların 20 faizi bildirib ki, onlar ya az pula ya da demək olar ki, havayı işlədilirmiş.

Moldovada belə deyən keçmiş miqrantlar 45 faiz olub.

Əmək Təşkilatının məcburi əmək haqda yeni hesabatına görə, dünyada əməyə məcbur edilənlərin 50 faizi Asiyanın, 18 faizi Afrikanın, 10 faizi Latın Amerikasının payına düşür.

Təşkilatın təxminlərinə görə, dünyada 21 milyon adam qul kimi işlədilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG