Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:22

​NİDA-çılar apelyasiya çəkişməsinə hazırdır


-
“NİDA-çı gənclərin səhhətləri, əhval-ruhiyyələri yaxşıdır. Apellyasiya şikayətini hazırlamışıq, yaxın günlərdə məhkəməyə təqdim edəcəyik. Elə gənclərlə də bunu müzakirə etdik, gənclər də apellyasiya çəkişməsinə hazırdır”.

Bunu AzadlıqRadiosuna mayın 20-də Bakı İstintaq Təcridxanasında NİDA-çı gənclərlə görüşən vəkil Əsabəli Mustafayev bildirib.

Vəkil deyir ki, onlar şikayətlərində gənclərə ancaq bəraət verilməsini tələb edəcəklər:

“Hökmə istinad edərək biz apelyasiya şikayətində sübut edirik ki, gənc fəlların əməlində heç bir cinayət tərkibi yoxdur. Hökm qanunsuz və ədalətsizdir. Ona görə də ləğv olunmalıdır”.

8 NİDA-çı gənc ötən ilin mart-aprel aylarında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar kütləvi işğtişaşlar hazırlamaqda ittiham olunublar.

Mayn 6-da məhkəmnin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational gəncləri vicdan məhbusu sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG